Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının və Goranboy Rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə Goranboy şəhərindəki Olimpiya İdman Kompleksində 20 müəssisənin iştirakı ilə əmək yarmarkası keçirilmişdir.
Əmək yarmarkasında Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının direktoru Elməddin Qurbanov, əlaqədar idarə, müəssisə və təşkilatların nümayəndələri və işaxtaran vətəndaşlar iştirak etmişlər. Yarmarka çərçivəsində, ümumilikdə 170 nəfər iştirak etmiş və işlə təmin olunmaları üçün müraciət edən 100 nəfərin müvafiq sənədləri qəbul olunaraq, qeydiyyata alınmışdır.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri.