Məhbus yazıçı qadın “dünya üçün ilham mənbəyi”dir

post-img

Güney Azərbaycanın Zəncan şəhərindən olan məhbus yazıçı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Amerika Yazıçılar Assosiasiyasının illik “Yazı Azadlığı Mükafatı”na layiq görülüb. Bu barədə “İran İnternational” məlumat yayıb.

Hazırda yazıçı qadın İranda həbsxa­nada təkadamlıq kamerada mənəvi iş­gəncəyə məruz qalaraq saxlanılır. Buna görə də mükafat Nyu-York şəhərində keçirilən toplantıda məhbusun həyat yoldaşı Təqi Rəhmaniyə təqdim edilib. Tədbir üçün göndərdiyi mesajda Nərgiz Məhəmmədi İranda qadınlara nifrət və alçaldılma siyasətinə son qoymasına ça­ğırıb. O, bu il mayın 17-də edam edilmiş Yusuf Mehrad və Sədrullah Fazeli, ha­belə həbsdə olarkən müalicə olunması səbəbindən vəfat etmiş şair, kinorejissor Bektaş Abtini də xatırlayıb. 

Amerika Yazıçılar Assosiasiyasının baş direktoru Suzan Nossel açıqlama­sında Nərgiz Məhəmmədinin İran haki­miyyətinin onu susdurmaq üçün israrlı cəhdlərinə qarşı göstərdiyi cəsarət və müqavimətə görə dünya üçün ilham mənbəyi olduğunu bildirib.

T.TURAN

Sosial həyat