Yerli telekanallarda daha çox xəbər proqramlarına baxılır

post-img

Yerli kanalları izləyənlər daha çox xəbər və analitika proqramlarını, xarici kanallar üzrə film və serial izləyiciləri üstünlük təşkil edir.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun mətnində yer alıb.

Bildirilir ki, “Xəbər və analitika” cavabı ən çox yaşı 65-dən yuxarı olan, “film və seriallar”, “şou və əyləncə” cavabları daha çox orta yaş qrupu iştirakçılar tərəfindən seçilib.

Bundan başqa, “İctimai-siyasi” məzmunlu proqramlar daha çox ali təhsillilər, film və seriallar, şou və əyləncə tipli proqramlar orta təhsilli iştirakçılar tərəfindən izlənilir.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Sosial həyat