Vətəndaşlar məlumatı daha çox televiziyadan alırlar

post-img

Vətəndaşların məlumat mənbələri arasında televiziya ilk sırada qərarlaşıb. Bu istiqamətdə növbəti rəy sorğusundan əldə olunan nəticələr yerli, yoxsa xarici televiziya yayımlarına üstünlük verildiyini, eləcə də daha çox hansı növ proqramların izlənildiyini müəyyən etməyə imkan verib.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun mətnində yer alıb. 

Məlumatda bildirlir ki, respondentlərin 81.8 faizi televiziya kanallarını izlədiyini, 18.2 faizi izləmədiyini bildirib. O cümlədən, sorğuda iştirak edənlərin 69.8 faizi  əsasən yerli televiziya kanallarına, 12.0 faizi xarici televiziya kanallarına üstünlük verdiyini ifadə edib.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Sosial həyat