Xanoğlan Kərimov Martinsi mübarizədən kənarlaşdırdı

post-img

Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında mübarizəyə 1/64 final mərhələsindən başlayan həmyerlimiz Xanoğlan Kərimov ilk qələbəsini qazanıb.

63 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan Azərbaycan taekvondoçusu dünya çempionatına Portuqaliya idmançısı Alfredo Martinsi məğlub edərək 1/32 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, qarşılaşma Xanoğlan Kərimovun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki görüşdə rəqibdən üstün olan həmyerlimizin günün ikinci görüşündəki rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi Zakariya Muhammed Qalini olacaq. 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman