Alman qonaqlar Sumqayıtda

post-img

Düz 46 ildir ki, Azərbaycanın Sumqayıt şəhəri ilə Almaniyanın Lüdviqshafen şəhəri arasında qardaşlıq əlaqələri yaranıb. Bu barədə xüsusi saziş imzalanıb və iki şəhəri sıx dostluq, tərəfdaşlıq telləri bağlayır. Ümumiyyətlə, Sumqayıtın dünyanın 19 şəhəri ilə dostluq əlaqələri var.

Dünya şəhərlərinin Sumqayıta ma­rağı mədəni inkişafın və multikultural dəyərlərin etirafı faktıdır. İndiyədək Sumqayıta və Lüdviqshafenə 60-a yaxın qarşılıqlı səfərlər olub. Bu səfər­lərdə iki min insan iştirak edib, 23 layihə həyata keçirilib. Sumqayıtın nümayən­də heyəti Almaniyanın Lüdviqshafen şəhərində keçirilən 27-ci festival təd­birlərində iştirak edib. Sumqayıtda illər öncə Lüdviqshafen parkı salınıb və şəhərin 70 illiyi ərəfəsində əsaslı təmir edilib. Alman qonaqlar bunu razılıqla qarşılayıblar. 

Budur, Lüdviqshafendən gələn nü­mayəndə heyəti yenidən Sumqayıt­dadır. Almaniya şəhərinin oberburqo­mistri xanım Yutta Ştaynrukun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıtda ulu öndər Heydər Əliyevin əzəmətli abi­dəsini ziyarət edərək, önünə tər güllər düzüb. Sonra qonaqlar şəhərin Heydər Əliyev Mərkəzi ilə tanış olub, dahi rəh­bərin siyasi fəaliyyətini əks etdirən zən­gin ekspozisiyaya baxıblar. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Za­kir Fərəcov mərkəzin konfrans zalında qonaqlarla görüşüb, şəhərin tarixi və inkişafı haqqında geniş məlumat verib. Sumqayıt Muğam Mərkəzində şəhər ictimaiyyətinin iştirakı ilə tədbir də ma­raq doğurub. 

Almaniyalı qonaqlar üç gün ərzində Sumqayıtı gəzəcək, bir sıra görüşlər keçirəcək, şəhərin sənaye müəssisələ­rində olacaqlar. 

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat