Qeyri-iş günlərində paytaxt küçələrində təmir və təmizlik işləri aparılacaq

post-img

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, 27-29 may tarixlərində Bakı şəhərində hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlərdə təmir işləri, tunellərin, yolötürücülərin təmizlənməsi və yuyulması işləri aparılacaq. Bununla əlaqədar olaraq işlərin aparılacağı ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.           

Təmir işlərinin  Nərimanov rayonu üzrə Azadlıq prospekti (Məmməd Araz küçəsindən Nəcəf Nərimanov  küçəsinə qədər), Səbail rayonu üzrə Səməd Vurğun (Salatın Əsğərova küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər) və Mehdi Hüseyn  küçələrində, Yasamal rayonu üzrə Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər), Bakı Dairəvi avtomobil yolu  (Binə ticarət mərkəzindən Bakı şəhər DYP İdarəsinə qədər hissə-hissə) və Moskva prospektində (Tuneldən 20 Yanvar istiqamətində) aparılması nəzərdə tutulub.

Tunellərin və yolötürücülərin təmizlənməsi və yuyulması işlərinin Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr və Atatürk prospektlərində aparılması nəzərədə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürücülərdən qeyd olunan tarixlərdə sözügedən küçə və prospektlərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və avtonəqliyyat vasitələrini ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələri xahiş edilir.

 

Sosial həyat