Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng monastırını ziyarət ediblər

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının və qeyri-islam dini icmaların nümayəndələri Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.

İcma nümayəndələri məbəd komp­leksə aid kilsədə dini ayinlər icra edib, dualar oxuyub, şamlar yandırıblar.

Sosial həyat