Ölkəmizin turizm imkanları Səudiyyə Ərəbistanında sərgilənir

post-img

Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad səyahət sərgisi”ndə iştirak edir.

Sərgidəki milli stenddə Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli turizm sənayesi nümayəndəsi təmsil olunur.

Stend ziyarətçilərinə Azər­baycanın tarixi, mədəni irsi, UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış tarixi abi­dələri, milli mətbəx nümunələri, ekoturizm, sağlamlıq, yay və qış turizmi imkanları üzrə potensialı haqqında ətraflı məlumat verilir.

Sərgi çərçivəsində digər iştirakçı ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.

Mayın 24-dək davam edəcək “Riyad sə­yahət sərgisi”ndə dünyanın 55 ölkəsindən 300-dən çox turizm sənayesi nümayəndəsi təmsil olunur. Sərginin 30 minədək ziyarətçi­ni qəbul edəcəyi gözlənilir.

Sosial həyat