“Bizim həyət” – yeniləşmiş həyət

post-img

Mayın 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 84B və 84V ünvanlarında 600 nəfər sakinin yaşa­dığı çoxmərtəbəli binaları əhatə edir.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlve­rişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni ör­tüklü minifutbol stadionu, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 5 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Həyətin ərazisindəki mövcud yaşıl­lıqların bərpası ilə yanaşı, 1300 ədəd müxtəlif cinsli ağaclar, 4500 kol əkilib, 4000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafla­rında 2000 ədəd daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə hava çirklən­məsinə qarşı “yaşıl səddlər” (green bar­riers) yaradılıb.

“Xalq qəzeti”

Sosial həyat