Avropa Şurası – Ali Məhkəmə: səmərəli əməkdaşlıq

post-img

Ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Ciakomopoulos və Siyasi Məsələlər və Xarici Münasibətlər üzrə Direktoratlığın rəhbəri Papa Miroslav Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.

Görüşdə çıxış edən Ali Məhkəmə­nin sədri İnam Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlardan danı­şıb. Son dövrlər Avropa Şurası ilə Ali Məhkəmə arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən söz açıb. Bildirib ki, məhkəmə sahəsində qanunve­ricilik daim təkmilləşir, Avropa standart­larına tam uyğunlaşdırılır. Bu da ədalət mühakiməsinin səmərəliliyinin artmasına mühüm töhfə verir. 

Xristos Ciakomopoulos isə çıxışında Azərbaycanda məhkəmə-hüquq sahə­sində görülən işləri yüksək dəyərləndi­rib, ölkəmizlə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını vurğulayıb. 

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər