Qənirə Paşayeva: Vətəndaşların müraciətlərinə diqqət artmalıdır

post-img

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə növbəti vətəndaş qəbulu günündə həssas qrupdan olan və digər vətəndaşları qəbul edib. Komitə sədri şəhid Qəzənfər Mütəllimovun xanımı Zöhrə Mütəllimova, qazilər Yaşar Bağırov, Kamil Həmidzadə, müxtəlif mövzularda müraciət etmiş mədəniyyət işçiləri – Ceyhun İbrahimov, Zərqələm Əliyeva, Vüsal Hüseynov ilə görüşüb. 

Görüş zamanı qəbula gələnlər öz qayğılarını, həll edə bilmədikləri problemlərini  komitə sədri ilə bölüşüblər. Q.Paşayeva öncə şəhid ailəsinin üzvü və qaziləri dinləyib. Vətən müharibəsindəki qələbədə payı olanların xahişlərinə diqqətlə qulaq asıb.

Daha sonra mədəniyyət işçilərinin müraciətlərini dinləyib. Komitə sədri həssas qrupdan olanların və mədəniyyət sahəsində çalışanların qaldırdığı məsələlərlə bağlı aidiyyatı dövlət qurumlarının rəhbər şəxsləri ilə telefon əlaqəsi yaradıb, müvafiq köməkliyin göstərilməsini xahiş edib.

Z.BƏŞİRQIZI, 
“Xalq qəzeti” 

Sosial həyat