Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində "Azərbaycan xalqının əbədiyyət günəşi" adlı bədii-plastik tamaşa təqdim olunub.
Tamaşanın nümayişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, gör-kəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə ithaf edilib.
Çıxışlarda ulu öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığı diqqətə çatdırılıb, onun təməlini qoyduğu ölkəmizin inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyi, ümummilli liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, ümummilli liderin uca zirvəyə qaldırdığı Azərbaycan və azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirilir.
“Xalq qəzeti”

