Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilmiş III Məktəblilərarası Astronomiya Olimpiadasının qalibləri elan olunub.
Bakı Dövlət Universitetində (BDU) keçirilmiş olimpiadada 189 nəfər iştirak edib. Onlardan 6-sı birinci yerə, 7-si ikinci yerə, 13-ü üçüncü yerə, digərləri həvəsləndirici mükafat-diploma layiq görülüb. Yüksək bal toplamış şagirdlər bu il avqustun 10–20-də Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.
Olimpiadanı Bakı Dövlət Universiteti, Təhsil İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsi təşkil edib və Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə keçirilib.
“Xalq qəzeti”