Heyvanları təhlükəli sınaqlardan qoruyaq

post-img

Kosmetik vasitələrin heyvanlar üzərində sınaqdan keçirilməsi mövzusu müasir dünyada çox aktualdır. Müəyyən edilib ki, hər il dünyada 100 milyondan çox heyvan laboratoriya təcrübələrində istifadə olunur. 

Təkcə böyük Britaniyada canlı hey­vanlar üzərində ildə orta hesabla 3,7 mil­yon sınaq proseduru həyata keçirilir. Bu testlərdə istifadə olunan məhsulların tər­kibindəki zərərli maddələr üç il əvvəl 1400 heyvanın ölümünə səbəb olub. 

Günümüzdə texnolologiyalar sahə­sində əldə olunan irəliləyişlər nəticəsində heyvanlar üçün təhlükəsiz olan “İn vitro” adlanan vasitələrdən istifadə olunur. Bu, heyvanlarda çox yüksək həssaslıqla mü­şayiət olunan və onlarda ölüm riskinin olub-olmadığını əvvəlcədən müəyyən edən kiçik ekrandır. 

Bu xəbər bütün dünyada təbiətsevər­ləri çox sevindirib. Biz də öz növbəmizdə deyirik: Gəlin, canlıları təhlükəli sınaqlara məruz qoymayaq, onlara, sadəcə rəhm edək! 

 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Sosial həyat