Göygöl Olimpiya İdman Kompleksində keçirilən və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku turnirində Azərbaycan cüdoçuları uğurla çıxış ediblər. Komandamız yarışda 7 qızıl, 5 gümüş və 9 bürünc medal əldə edib.
Azərbaycan yığması medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci, qızlar arasında isə ikinci yeri tutub.

