Tanınmış jurnalist Şəmsiyyə Kərimova özünün “Facebook” səhifəsində ana təbiətimizin qeyri-adi gözəllikləri ilə bağlı tez-tez maraqlı paylaşımlar edir. Onun bu dəfə təqdim etdiyi foto-mənzərə aşağıdakı sözlərlə müşayiət olunur:
“Bu gözəl güllləri, heyrətamiz mənzərəni görüb çox duyğulandım. Qəlbimdən bir nida qopdu: Allah bu kalaları andı yalan, eşqi yalan, sevgisi yalan, aldığı nəfəs də yalan olanlardan qorusun! Amin! Sabahınız xeyir olsun, dostlar!”
Şəmsiyyə xanımın dostluğunda olan Nurəhməd Əliyev adlı bir sosial səbəkə izləyicisi isə bu mənzərəyə heyran qalaraq belə bir rəy yazıb: “Necə də gözəl paylaşımdır! Böyük zövq və enerji aldım!”
Başqa təqdiredici rəylər də var. Bu gözəl məkanı “Kalalar vadisi” adlandırmağı təklif edənlərlə razılaşmamaq olmur!
Sonda hörmətli Şəmsiyyə xanıma bu gözəl paylaşıma görə bir daha təşəkkür edərək sosial şəbəkələrdəki dostlarımızı vaxtaşırı əsrarəngiz təbiətin füsunkar gözəlliklərini nümayiş etdirən rəsm və fotoları yerləşdirmələrini xahiş edərdim.
Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”

