Ümummilli liderin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, həmçinin ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələri ilə əlaqədar aprelin 29-da Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Prokurorluğu da ağacəkmə aksiyasına qoşulub.

Baş Prokurorluğun mətbuat xidmətindən bil­dirilib ki, tədbir çərçivəsində Abşeron rayonu və Naxçıvan şəhəri ərazisində ümumilikdə 1600-dən çox zeytun və şam ağacları əkilib. 

Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların küləkdən qorunması üçün dirək­lər basdırılıb və onların inkişafı üçün münbit tor­paq və mineral gübrələrdən istifadə olunub. Həm­çinin əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

***

Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olma­sının 100 illiyi çərçivəsində Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Ekologiya və Təbii Sərvətlər Na­zirliyinin dəstəyi ilə Bakının Müşfiqabad qəsəbə­sində “Heydər Əliyev 100 – Yaşıl Gələcək” adlı ağacəkmə aksiyası təşkil olunub.

XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağ­lamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdən ibarət olub. Tədbir zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 Eldar şamı və zeytun ağacı əkilib.



Sosial həyat