Son zamanlar gah ət və heyvan mənşəli məhsullardan, gah da bitki mənşəli qidalardan imtina etmək məsləhətlərini çox eşidirik. Veqanizm tərəfdarları deyirlər ki, qidalanmaya bu cür yanaşma sağlam qalmağa və uzun yaşamağa kömək edir. Müasir tədqiqatlar isə sübut edir ki, bitki əsaslı pəhriz çox zərərli ola bilər və hətta vaxtından əvvəl ölüm riskini 23 faiz artırar. İrlandiya, İsveçrə, Böyük Britaniya, İspaniya, Fransa və Almaniya alimləri bu qənaətə gəliblər. Tədqiqatçılar pəhrizdəki hər bir maddəni qiymətləndiriblər. Heyvan qidası, sıfırdan aşağı bal alıb. Bütün taxıllar, meyvələr, tərəvəzlər (kartof istisna olmaqla), lobya, qoz-fındıq, qəhvə, çay isə ən yüksək nəticə əldə edib.
Ancaq elm adamları “sağlam olmayanlara” təmizlənmiş taxıl məhsulları, kartof, şirin limonadlar, meyvə şirələri, konfetlər də daxil etdilər. Yəni, təkcə ət və digər heyvan mənşəli məhsullar deyil, həm də şərti olaraq bəzi bitki qidaları da “sağlam deyil”.
Nəticədə tədqiqatın müəllifləri qida növünə görə 17 qrupun hər birinin reytinqini ümumiləşdiriblər. Pəhriz sağlamlıq indeksi yüksək olan insanlarda ümumi səbəblərdən ölüm riski 0,84, xərçəngə tutulma riski 0,92, ürək-damar xəstəlikləri riski 0,92, miokard infarktı 0,86, işemik insult riski 0,86–0,84 olmuşdur. Belə nəticəyə gəliblər ki, hər növ pəhriz unudulsun. Hər qidadan, amma az-az yemək məqsədəuyğun hesab edilsin.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”

