Ölkəmiz MDB-də pensiya artımı üzrə liderdir

post-img

Sosial islahatlar nəticəsində ölkə­mizdə pensiyaların dinamikasının nəticəsi olaraq, orta aylıq pensiyanın beynəlxalq dollar ifadəsində artım məbləğlərinin MDB ölkələri, Gürcüs­tan və Ukrayna üzrə müqayisəli sıra­lamasında Azərbaycan ikinci yerdən birinci yerə yüksəlib.

Eyni zamanda, ölkəmiz minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış dollar ifadəsində həmin sıralamada ilk yeri tutmaqda davam edir.

Bundan başqa, minimum aylıq əməkhaqqının da dollar ifadəsində məbləği və Alıcılıq Qabiliyyəti Pariteti üzrə müqayisəsində qeyd olunan sıra­lamada ölkəmiz 4-cü yerdən 3-cü yerə yüksəlib.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat