Bakı Dövlət Sirkinin milli truppası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub. Tədbir mərkəzin ənənəvi olaraq hər həftə həyata keçirdiyi “Kino həftəsi” layihəsi çərçivəsində baş tutub.
Qonaqlar səfər çərçivəsində sirk nömrələrini benefisiarlarımız üçün nümayiş etdiriblər. Çarli Çaplin, kloun, jonqlyor, pəhləvan və illüzionist çıxışları benefisiarların marağına səbəb olub. Tədbirə əlilliyi olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum 40-a yaxın uşaq və yeniyetmə cəlb edilib.
Qeyd edək ki, inklüziv məkanda 168 benefisiar 14 fəaliyyət növü üzrə təlimlərə cəlb olunub. Burada həssas qruplara aid şəxslərin bacarıq və yaradıcılıq potensiallarının inkişaf etdirilməsi ilə yanaşı, fərdi inkişaf planları əsasında onlarla bağlı kompleks reabilitasiya işləri də aparılır
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

