Dünya Bankının maliyyə dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan “Məşğulluğa dəstək” layihəsi çərçivəsində növbəti ictimai dinləmə aprelin 7-də Sumqayıt şəhərində keçiriləcək.
Dövlət Məşğulluq Agentliyinin Sumqayıt şəhərindəki Abşeron–Xızı regional məşğulluq filialının inzibati binasında keçiriləcək tədbirdə iştirakçılara layihənin hədəfləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər barədə məlumat veriləcək. Həmçinin “Məşğulluğa dəstək layihəsi”ndə iştirak qaydalarına dair məlumatlandırma aparılacaq.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

