Azərbaycandan Ukraynaya yeni humanitar yardım

post-img

Azərbaycan dövləti İrpen şəhərində görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbə daha bir töhfə verib.

Elektrik enerjisi probleminin həl­li məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti orta məktəbi generatorla təmin edib. Məktəbin direk­toru Valentina Antonenko orta məktəbə daim dəstək göstərən Azərbaycan döv­lətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Həmişə olduğu kimi, müharibə zamanı da Azərbaycan dövlətindən səmimi dostluq münasibəti görməkdəyik”.

Qeyd edək ki, bundan öncə Prezi­dent İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti Rusiy–Ukrayna müharibəsi zamanı İrpen şəhərində ciddi ziyan dəyən orta məktəbin təmirini üzə­rinə götürərək, müvafiq işləri yeni tədris ilinə kimi başa çatdırıb. 

“Xalq qəzeti”

Sosial həyat