Bişkekdə “Xalqa bağışlanan ömürdən anlar”

post-img

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) təşkilatçılığı, Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialının moderatorluğu ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanan ömürdən anlar" mövzusunda onlayn Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Konfransda 11 ölkədən 40-a yaxın görkəmli dövlət, elm, mədəniyyət və icti­mai-siyasi xadimlər çıxış edib.

TDSDF-nin prezidenti Nüsrət Məm­mədov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, onu dünya şöhrətli siyasətçi adlandırıb. 

Türkiyədəki zəlzələnin episentri olan Hatay şəhərindən videokonfransa qatılan TÜRKSOY-un Baş katibi Sultan Rayev ulu öndər Heydər Əliyev haqqında xa­tirələrini danışıb. 

Qazaxıstanın və Qırğızıstanın Xalq şairi, Qazaxıstanın Milli Qəhrəmanı Mux­tar Şaxanov, Xalq yazıçısı Çingiz Abdulla­yev, akademiklər Nizami Cəfərov, Yaqub Mahmudov, Qırğızıstanın Milli Qəhrəma­nı, ölkə parlamentinin sabiq spikeri Me­detkan Şerimkulov, Azərbaycanın Əmək­dar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədə­niyyət Mərkəzinin direktoru Samir Abba­sov və başqaları çıxış ediblər. Türkiyəli şa­ir-tərcüməçi Yusif Aslanın Heydər Əliyevə həsr etdiyi şeir konfrans iştirakçıları tərə­findən alqışlarla qarşılanıb.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konfrans iştirakçıla­rı adından Azərbaycan Prezidenti İlham Əliyevə "Heydər Əliyev ili" ilə əlaqədar təbrik məktubunun göndərilməsi və belə bir tədbirin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilmiş Şuşa şəhərində keçi­rilməsi qərara alınıb.

Nüsrət Məmmədov konfrans iştirakçı­larının çıxışları əsasında kitab hazırlaya­cağını bəyan edib.

Fond “Planetlə dialoq” filminin təqdi­matının Şuşada keçirilməsini təklif edib. 

 

Qulu KƏNGƏRLİ, 

Bişkek

Sosial həyat