“ASAN xidmət” – Dünyada ən qabaqcıl xidmət

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 10-cu Dünya Hökumət Sammitində “ASAN xidmət” “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilib və xüsusi mükafata layiq görülüb.


Dünyada bu formatda və növdə təsis olunmuş ilk mükafat olan “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatı üzrə qalib olan Azərbaycan 80 namizəd ölkə arasından seçilib. Mükafatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə Dubay Əmirliyinin vəliəhd şahzadəsi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum təqdim edib.


Xatırladaq ki, “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin təşəbbüsü ilə Dünya Hökumət Sammiti çərçivəsində dünyada qabaqcıl hökumət təşəbbüslərinin qiymətləndirilməsi, dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaları təşviq etməklə uğurlu təcrübələrin mükafatlandırılması məqsədilə təsis olunub.

 


“Q.QASIMOV, 
“Xalq qəzeti”

Sosial həyat