TÜRKPA ilə Beynəlxalq Parlamentarilər Konqresinin əməkdaşlıq imkanları müzakirə olunub

post-img

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyası çərçivəsində Beynəlxalq Parlamentarilər Konqresinin Prezidenti, İordaniya Haşimilər Krallığının sabiq vitse-spikeri AbdelRahim Almaaia ilə görüşüb.

Bu barədə XQ-yə TÜRKPA-dan məlumat verilib.

Bildirilib ki, görüş zamanı 2023-cü ildə TÜRKPA ilə Beynəlxalq Parlamentarilər Konqresi arasında imzalanmış Əməkdaşlıq və Qarşılıqlı Anlayış Memorandumunun icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi TÜRKPA-ya üzv ölkələrin parlamentarilərinin fəal iştirakı ilə inkişaf etdirilə bilər. Bu baxımdan, əlaqələrin yeni mərhələyə yüksəldilməsi məqsədilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament üzvlərinin Beynəlxalq Parlamentarilər Konqresi çərçivəsində daha aktiv iştirakı ilə bağlı qarşı tərəfin xahişi ifadə edilib.

Tərəflər sözügedən məsələlər ətrafında geniş müzakirələr aparıb və Beynəlxalq Parlamentarilər Konqresi tərəfindən gələcəkdə konkret əməkdaşlıq mexanizmlərinə dair TÜRKPA Katibliyinə rəsmi məktubun ünvanlanması, öz növbəsində, TÜRKPA Katibliyinin isə üzv parlamentlərə müraciət etməklə müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq imkanlarının razılaşdırılması barədə razılıq əldə ediblər.

Görüşdə TÜRKPA Baş katibini müavini Muhammet Alper Hayali və Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət ediblər.





Siyasət