Ankarada Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

post-img

Türkiyənin paytaxtı Ankara şəhərində müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, diplomatlar, hər iki ölkənin parlament üzvləri, müxtəlif qurum və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları dahi dövlət xadiminin Ankaradakı Heydər Əliyev parkında ucaldılan abidəsi önünə gül dəstələri qoyublar.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara







Siyasət