Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin müdafiə nazirliyi Azərbaycanın müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib.
Paylaşımda iki qardaş ölkənin birliyinin sarsılmazlığı vurğulanır. “Qardaş Azərbaycan xalqını səmimi-qəlbdən salamlayırıq. Biz “Bir millət, iki dövlət” kəlamı kontekstində həmişə bir olacağıq. Yaşasın Türkiyə və Azərbaycan!”, - deyə nazirliyin paylaşımında bildirilir.