Bu barədə yerli “Nikkei” qəzeti analitik məqalə dərc edib
Nəşrin yazdığına görə, Yaponiyada müxalifət partiyaları LDP–Komeito koalisiyasının dağılmasından sonra parlamentdəki səsvermədə hakim Liberal Demokrat Partiyasının liderini məğlub etmək və hakimiyyəti ələ keçirmək üçün baş nazir postuna vahid namizədin arxasında birləşmək ssenarisini nəzərdən keçirirlər.
Konstitusiya Demokrat Partiyasının lideri Yoşixiko Noda mövcud vəziyyəti “hökuməti dəyişmək üçün on ildə bir dəfə ələ düşən fürsət” adlandırıb. O, müxalifəti səsvermədə çoxluğu təmin etmək üçün vahid namizədin arxasında birləşməyə çağırmaq niyyətindədir. “Nikkei” Nodanın Xalq Demokrat Partiyasının lideri Yuiçiro Tamakinin namizədliyini dəstəkləyə biləcəyini yazır.
Bununla belə, XDP KDP ilə əməkdaşlıq ideyasına ehtiyatla yanaşır, çünki tərəflərin Yaponiyanın nüvə enerjisi və müdafiə siyasəti ilə bağlı məsələlərə baxışları fərqlidir. Y.Tamakinin özü hökumətə rəhbərlik etməyə hazır olduğunu bildirib.
XQ