Azərbaycan və Gürcüstan nazirləri Qubada STEAM Mərkəzi ilə tanış olublar

post-img

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Quba rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində qonaqlar ilk olaraq Qubada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra nazirlər Quba Rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə yaradılmış STEAM Mərkəzinə baxış keçiriblər. Burada qonaqlara gənclərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələri üzrə reallaşdırdıqları layihələr nümayiş etdirilib, yeniyetmələrin yaradıcı və tədqiqatyönümlü fəaliyyətləri barədə məlumat verilib. Həmçinin gənclərin prototiplər üzərində işləməsi, kodlaşdırma bacarıqları, robot texnologiyalarında praktiki işləri nümayiş olunub. Daha sonra qonaqlar Quba rayonunun tarixi məkanlarını ziyarət edib, Azərbaycanın multikultural dəyərləri ilə tanış olublar.

 











Siyasət