Bakı Təşəbbüs Qrupu və MİR Qvadelup arasında əməkdaşlığa dair Memorandum imzalanıb

post-img

Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu və MİR Qvadelup arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və MİR Qvadelup təşkilatının prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin (FID) katibi Joze Martin Jan Pyer imzalayıblar.

Memorandum partiyalar, QHT-lər, müstəqillik hərəkatları arasında yalnız siyasi müstəvidə deyil, ətraf mühit, mədəniyyət və digər sahələrdə də sıx əməkdaşlığı nəzərdə tutur.

Siyasət