Milli Məclisin deputatı Əminə Ağazadə iyunun 15-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, deputat Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının “Qadınların inteqrasiyalı və əhatəli cəmiyyətlər üçün gücləndirilməsi: Körfəzdən Aralıq dənizinə” mövzusunda keçiriləcək Qadın Parlamentarilərin Forumunun ikinci sessiyasında iştirak edəcək.
Tədbirdə deputatımızın çıxışı nəzərdə tutulur. Səfər iyunun 19-da başa çatacaq.