Budapeştdə Qərbi Azərbaycan müzakirəsi

post-img

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Qaya Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş “Qafqazın açarı: Geosiyasət və Azərbaycanın humanitar gündəliyi” mövzusunda konfransda iştirak edib.

Məclisdə çıxış edən Q.Məmmədov Qərbi Azərbaycan məsələsinin tarixi, miqyası, Qərbi Azərbaycan İcmasının sülh yolu ilə qayıdış məqsədilə beynəlxalq hüquq çərçivəsində fəaliyyəti barədə ətraflı məlumat verib.

Konfransda bildirilib ki, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıdışına əngəl törədən mina problemi və Qərbi Azərbaycan məsələsinin birlikdə təqdim edilməsi Ermənistan tərəfindən işğal, dağıntı və etnik təmizləmə ilə müşayiət olunmuş keçmiş münaqişənin Azərbaycan xalqı üçün ağır humanitar nəticələrinin işıqlandırılması baxımından faydalı olub.

XQ

Siyasət