II məqalə
“3 şeytan”ın bəyanatı
“Erməni soyqırımı” termini tarixin birbaşa saxtalaşdırılması və bir etnosa qarşı həyasız şər-böhtandır. Öncəki məqalədə də vurğuladığımız kimi, XIX-XX əsrlər imperiyaların amansız savaşı baxımından çox ziddiyətlidir. Orada Avropa və Asiya miqyasında elə proseslər baş vermişdir ki, fərqləndirici xətlərin haradan keçdiyini müəyyən etmək olduqca çətindir. Bunu 1944-cü ilə qədər, demək olar ki, hər kəs qəbul edirdi. Hər hansı “erməni soyqırımı”ndan da söz açan yox idi.
1915-ci il mayın 15-də Fransa, Böyük Britaniya və Rusiya imperiyaları birgə qətnamə qəbul etdilər. Orada birbaşa Osmanlı hökumətinin bütün üzvləri cinayətkar elan ounur və buna görə məsuliyyət daşıdıqları iddia edilirdi. Qətnamədə “qırğın” termini də işlədilmişdir. İddia edilirdi ki, Osmanlı “bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törətmişdir”.
Bu qətnaməni “erməni soyqırımı”nın olduğunu təsdiqləyənlər bir mühüm faktı unudurlar. Birincisi, həmin üç imperiya XIX əsrin əvvəllərindən başlayaraq erməniləri ideoloji olaraq türk və ümumiyyətlə, müsəlmanlara qarşı zəhərləməklə məşğul idilər. 1915-ci ilə qədər təkcə indiki Azərbaycan Respublikası ərazisində milyonlarla müsəlman ya deportasiya, ya da məhv edilmişdilər.
Bunun üçün Qərb imperiyaları və Rusiyanın birbaşa yaratdıqları erməni terror təşkilatları mütəşəkkil şəkildə əsasən türk əhalinin qətliamlarını həyata keçirmişlər. Onların bir qismi haqqında faktları qısaca I məqalədə vurğulamışıq. Bu baxımdan XX əsrin ikinci onilliyi başlanğıc deyildi – öncədən qurulmuş planların növbəti mərhələsi idi.
Bu mərhələnin əvvəlkilərdən fərqi ondan ibarət idi ki, bir neçə imperiya (hərb meydanında daha çox Rusiya, diplomatiya, ideologiya və hüquqi aspektlərdə Qərb imperialsit dairələri) Osmanlını parçalayıb, Səfəvilərin olan-qalanını da ələ keçirərək, yerində türklərə və müsəlmanlara düşmən kəsdirilmiş ermənilərin dövlətini qurmaq planı reallaşdırırdı.
Bunun üçün bir tərəfdən yerli türk və müsəlman əhalini kütləvi şəkildə qırır, deportasiya edir, aşağılayır və əvəzində erməniləri onların yurdlarına yerləşdirirdilər. Onun fonunda isə həm tarixi saxtalaşdırır və ideoloji şantajlar edir, həm də erməniyə dövlət qurmağa çalışırdılar.
Bu proses I Dünya müharibəsinin ziddiyyətləri fonunda çox kəskin və güzəştsiz yön almağa başladı. Nəticədə Osmanlı özünün varlığını müdafiə etmək üçün hüquq çərçivəsində tədbirlər gördü. Həmin tədbirlər nəticəsində “üç şeytan”ın (artıq onlara ABŞ da qoşulmuşdu) planları yarımçıq qaldı.
Ancaq onlar ermənilərə heç vaxt demoqrafik üstünlüyə malik olmadıqları və hətta tarix boyu yaşamadıqları Azərbaycan torpaqlarında qondarma dövlət də qurdular. Bu süni erməni dövləti Rusiyanın himayəsinə verildi. Yəni indi “Ermənistan” adlanan yer həm ərazi, həm də dövlət sərhədi kimi birbaşa Qərb və Rusiya imperiyalarının öz mənafelərinə uyğun Türk dünyasının köksündə yaratdıqları qondarma ölkədir.
Belə alınır ki, “Ermənistan dövləti” I Dünya müharibəsində imperialist dövlətlərin qanunsuz “izdivacından” törəmiş “süni və bic” anlayışdır. 1944-cü ilə qədər Ermənistanla bağlı beynəlxalq miqyasda elə bir hay-küy baş verməmişdir. Ancaq hər şeyi bir polyak yəhudisi dəyişə bildi.
Lemkinin termin “icadı”
Rafael Lemkin Polşada doğulmuş, lakin ABŞ-da hüquqşünas kimi karyera qurmuş yəhididir. O, “genosid” terminini ilk dəfə 1933-cü ildə büynəlxalq konfransda işlətmişdir. Həmin termin yunan və latın sözlərinin birləşməsindən ibarətdir və mənası bir irqin və ya qövmün, xalqın və millətin kütləvi yox edilməsidir – “genos” – irq, tayfa, “caedo”- öldürürəm deməkdir. “Genosid” 1948-ci ildə beynəlxalq termin statusunu aldı.
BMT onu kütləvi zorakılık forması kimi tərif edir. Burada məqsəd kimi hər hansı milləti, etnik, irqi və ya dini mənsubları məhv etməkdən ibarət seçilir. R.Lemkin yəhudilərin və ermənilərin soyqırıma məruz qaldıqlarını deyirdi və bunun beynəlxalq hüquqi status almasını tələb edirdi.
Beləliklə, tarixdə ilk dəfə olaraq beynəlxalq təşkilat əvvəlki mərhələlərdə baş vermiş hadisələrə indiki mərhələnin müəyyən edilmiş kriteriyaları ilə hüquqi qiymət vermək kimi tarixi səhvə yol verdi. Bu barədə tarixçilərdən Pyer Nora, hüquqşünaslardan isə hətta “erməni soyqırımı” nağılını qəbul edənlər yazırlar. Onlar hesab edirlər ki, BMT-nin 1948-ci ildə genosid haqqında qəbul etdiyi sənədin geriyə tətbiqi mümkün deyildir, o yalnız həmin ildən sonra baş verənlərə aid ola bilər. Deməli, “erməni soyqırımı”nın özü kimi, onun haqqında olan beynəlxalq sənəd də saxta və əsassızdır. Ancaq...
Havadarları erməniləri “Yeni terror”a çağırır
XX əsrin ikinci yarısı boyu və XXI əsrin üçüncü onilliyinə qədər Ermənistan, ermənı diasporları və bir srıa böyük güclər “erməni soyqırımı” nağılından gen-bol istifadə etməkdən çəkinmədilər. Çox sayda dövlət onu tanıdı. Hətta “erməni soyqırımı”nı tanımaq dərəcəsinə görə, “kim daha ədalətlidir” yarışına girişdilər. Bu prosesin fonunda XX əsrin ikinci yarısı və XXI əsrin ilk onilliklərində yeni erməni terror təşkilatları yaratdılar. Statistikaya diqqət edin: ASOA -1975-ci il (Beyrut), ASALA – 1975-ci il (Beyrut), “Orli qrupu” - 1981-ci il (Fransa), AOD-1991-ci il (Fransa), “Geqaron”-2001-ci il (ASALA yaratmışdır), Apostol – 2001-ci il və s.
Bunların hər birinin sənədlərində rəsmi olaraq Azərbaycan və Türkiyəyə, azərbaycanlılara və türklərə qarşı terror aksiyalarını həyata keçirmək, türk dövlətlərini parçalamaq, onların həyata keçirdikləri beynəlxalq layihələri (o cümlədən enerji layihələrini) məhv etmək kimi terror mahiyyətli fəaliyyətləri, “sivil”, “demokratik” və “əsl müstəqil “Böyük Ermənistan”ın qurulmasına aparan “hüquqi” və “təbii” yol kimi təqdim olunur. Bu kontekstdə bir maraqlı fakt da vardır. 1980-ci ilin aprelində ASALA və PKK Livanda ortaq saziş imzalamışlar ki, birgə terror aktları həyata keçirsinlər. 1993-cü ildə həmin sazişi yeniləyərək, yeni vəzifə müəyyən etmişlər: “pantürkist neft boruları”nı məhv etsinlər. Təsəvvür edək: hətta enerji layilərəini “türk”ə və “qeyri-türkə” bölürlər. Bakı –Tbilisi – Ceyhandan bir çox xalqlar faydalanmaqdadır. Ancaq ermənilərin havadarları onu da “türkləşdirərək” düşmənçiliyi alovlandırmağa cəhdlər edirlər.
XXI əsrdə yaradılmış “Geqaron” və ya “Apostol”un öncəki dövrlərdə yaradılmış erməni terror təşkilatlarının fəaliyyəti baxımından hansı dəyişikliyi etmişlər? Faktiki olaraq, heç bir! Hətta daha açıq formada türk dövlətçiliyini parçalamaq məqsədlərini ifadə etmişlər. “Geqaron”un məqsədi – Cənubi Qafqazda və Mərkəzi Asiyada türk əsilli diplomatlara, iş adamlarına, siyasi liderlərə qarşı terror aktları törətmək! “Apostol” – Azərbaycan və Türkiyə ərazisində terror aktları törətmək! İndi bunları fikrən XIX əsrin sonunda və XX əsr boyu yaradılan erməni terror təşkilatlarının məqsədləri ilə müqayisə edin! Mahiyyətcə, heç bir fərq yoxdur, əksinə yeni terror təşkilatlarının daha geniş və amansız səviyyədə antitürk mövqeyində olduqları bir daha təsdiqini tapır. Budur, türkləri soyqırımda ittiham edənlərin “sivil, mədəni, demokratik dövlət” üsulları! Terror, dağıtmaq, məhv etmək niyyətlərindən başqa heç nə yoxdur. Əsl soyqırımı budur!
Nağılın “3 alma”sı
İndi rəsmi İrəvan “soyqırımı” haqqında başqa cür danışır. Ermənistan rəhbərliyi bunu əsassız yük, başqaları tərəfindən sırınmış hiyləgər plan kimi təqdim etməyə çalışır. Artıq “erməni soyqırımı” məsələsi öncəki kimi geniş müzakirə yaratmır. Sanki hər kəs bu məsələnin qondarma olduğunu qəbul etməkdən başqa yolun qalmadığını anlayır. Bu, aldadıcı inam da ola bilər. Ancaq üç məqamı vurğulamaq lazımdır.
Birincisi, Türkiyə XXI əsrdə daha fəal şəkildə “erməni soyqırımı” məsələsinin əsassız olduğunu siyasi-diplomatik yolla sübut etməkdədir. Prezident R.T.Ərdoğan bu istiqamətdə tarixi ədalət kriteriyasını ön plana çıxarmış və məsələni araşdırmaq üçün tarixçilər qrupunun yaradılmasını, arxivlərin açılmasını önə sürmüşdür! Bu fəaliyyətin nəticələri özünü göstərir.
Digər güclü fakt Azərbaycan Prezidentinin fəaliyyəti ilə bağlıdır. Xüsusilə, II Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi erməni soyqırımı nağıllarına son qoydu. İlk dəfə olaraq müəyyən erməni dairələri etiraf etdi ki, Qarabağ Azərbaycandır! Bu, etiraf faktiki olaraq artıq bir əsrdir ki, ermənilərin və havadarlarının apardıqları soyqırımı təbliğatının iflası deməkdir. Çünki erməni terrorçularının Qarabağda törətdiklərinin birbaşa terror hadisəsi, özgə torpağının zəbti üçün fəaliyyət növü olaraq qəbul etmək deməkdir. Eyni məntiqlə ermənilərin Qərbi Azərbaycan, Zəngəzur, Cənubi Azərbaycan, Borçalı və başqa yerlərdə etdiklərinin terror aksiyaları olduğu sübuta yetirilmiş olur. Bu da real olaraq “erməni soyqırım”ının tam iflas nöqtəsinə yaxınlaşması deməkdir.
Bunların fonunda dünyanın yeni düzəninin formalaşması prosesini də vurğulamaq lazımdır. Belə görünür ki, yeni format daxilində “erməni soyqırımı” kimi nağıllara ehtiyac qalmır. Dünya ictimaiyyəti bunu istəmir. Türk müsəlmanlara atılan şər-böhtana son qoyulması gərəkdir! Bu prosesə rəsmi İrəvanın ədalətli mövqeyə tam olaraq gəlməsi təkan verə bilər. Əslində, onlara layiq olmadıqları ərazidə dövlət qurmuşlar! Bundan artığına iddia etmək səfehlikdir. Bəlkə də ağıllandılar!
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru