Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Məlumatı nazirliyin mətbuat xidməti yayıb.
Aprelin 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 18 qumbara, 9 alışdırıcı, 4 tüfəng və 9 patron darağı aşkar edərək götürüblər.
P.ƏMİRCANOV
XQ