Sloveniyalı nazir: Azərbaycanla ticarət əməkdaşlığının genişləndirilməsində böyük potensial mövcuddur

post-img

Azərbaycan və Sloveniya arasında ticarət əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Sloveniyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq olsa da, bu, kifayət deyil və iqtisadiyyatın digər sahələrində də əlaqələrin inkişafı vacibdir. “Biz su elektrik stansiyalarının inşası, eləcə də elm və turizm sahələrində əməkdaşlıqda maraqlıyıq. Sloveniya şirkətləri artıq bu istiqamətlərdə maraqlarını ifadə ediblər”, - deyə Tanya Fayon vurğulayıb.

Siyasət