Martın 10-da parlamentdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə keçirilir.
Tədbirdə Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar, tarixçilər və təhsil ocaqlarının təmsilçiləri iştirak edirlər.
İctimai dinləmədə Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunması prosesində QHT-lərin rolu barədə danışılır, Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışın həyata keçirilməsi üçün görülmüş işlər, qarşıda duran vəzifələr və digər mövzularda müzakirələr aparılır.