Vyanada ATƏT PA-nın İpək Yolu Qrupunun iclası olub

post-img

Bu gün Vyanada ATƏT PA-nın İpək Yolu Qrupunun sayca 15-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən qrupun sədri Azay Quliyev toplantının əhəmiyyətini vurğulayıb. O, İpək Yolu Qrupunun 27 üzv ölkə arasında ticarət, iqtisadiyyat, əlaqələndirmə və mədəni mübadilə sahələrində dialoq və əməkdaşlığı təşviq edən mühüm platforma kimi fəaliyyətini uğurla davam etdirdiyini diqqətə çatdırıb.

ATƏT PA-nın Prezidenti Pia Kauma və Baş katibi Roberto Montella İpək Yolu Qrupunun alternativ parlament diplomatiyası və əməkdaşlıq platforması kimi fəaliyyətini yüksək qiymətləndiriblər.

İclasda Monteneqro parlamentinin mayın 5-7-də Dubrovnikdə Qrupun Beynəlxalq parlament konfransına ev sahibliyi edəcəyi rəsmən elan olunub. Monteneqro parlamentinin sədri Andriya Mandiçin dəvət məktubu oxunub. Monteneqro nümayəndə heyətinin rəhbəri Yelena Nedoviç konfransın konsepti, proqramı və təşkilati baxımdan hazırlıq səviyyəsi haqqında təqdimatla çıxış edib.

ATƏT PA-nın İpək Yolu Qrupunun “Qitələri birləşdirmək: Dayanıqlı turizm, təmiz enerji və ekoloji tarazlıq naminə müqavimətli gələcəyin qurulması” mövzusuna həsr olunan V Beynəlxalq parlament konfransının bu ilin mayın 5-7-də Budvada keçirilməsi haqqında qərar qəbul olunub.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana



Siyasət