Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 16-da Serbiyaya işgüzar səfərə yola düşüb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiyada yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.