Məzahir Pənahovun sədrliyi ilə fevralın 1-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Əvvəlcə Komissiyanın yanvarın 21-də və 30-da keçirilən iclasının protokolları təsdiq edilib.
Sonra 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.
Media mənsubları tərəfindən geniş işıqlandırılan iclasda öncə müraciətlər barədə məlumat verilib. Ardınca Komissiya üzvlərinin müzakirəsinin nəticəsi olaraq, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə baxılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Mərkəzi Seçki Komissiyasının iclasında həmçinin cari məsələlərə də baxılıb.