Britaniya Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlı müstəqil araşdırma tələb edib

post-img

Britaniya Xarici İşlər Nazirliyi AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı müstəqil araşdırma tələb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.

“Fikirlərimiz bu hadisədən təsirlənən bütün insanlarla, o cümlədən həyatını itirənlərin ailə üzvləri və dostları ilədir”, - deyə bəyanatda qeyd edilib.

Həmçinin nazirliyin bəyanatında bildirilib ki, Prezident Vladimir Putinin üzrxahlığı Rusiya dövlətinin məsuliyyətsiz və ehtiyatsız hərəkətlərinin digər ölkələrin maraqlarına və milli təhlükəsizliyinə ciddi və birbaşa təhlükə yaratdığını etiraf etmir.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Siyasət