Alimlərin fikrincə, 40 yaşdan sonra beyinin qocalması sürətlənə bilər. Tibb elmləri namizədi Mariya Muxina bu problemi ləngitmək üçün orta yaşda olan və yaşlı insanların rasionuna bəzi qidaları daxil etməyi tövsiyə edib.
O deyib: “Rasiona beyin və yaddaş üçün faydalı yağlı balıq, sarıkök, şokolad, matça ( incə toz halına salınmış yapon yaşıl çay tozudur və təmiz su daxil etmək lazımdır”.
O, bu maddələrin beyin qocalmasına qarşı təsirlərini də açıqlayıb:
Sarıkökdə olan kurkumin maddəsi beyinin qocalma prosesini ləngidir, iltihab əleyhinə təsir edir.
Yağlı qızıl balıq, losos Omeqa 3 ilə zəngin olduğundan, müntəzəm balıq və dəniz məhsulları yeyənlərdə demensiya riski azdır. Hər gün 100 qram balıq qəbul etmək kifayətdir.
Eləcə də karbohidrat, pirojna, konfet yox, gündə 30 qram tünd şokolad yemək lazımdır ki, diqqət, tonus və əhval yaxşılaşsın.
Çaylardan yaşıl çay və matça faydalıdır.
Hər gün 2 litrə qədər təmiz su içmək, 10 min addım gəzmək, pilləkən çıxıb düşmək də lazımdır.
Z.HÜSEYNLİ
XQ