Qırx dörd günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Bu sözləri Türkiyənin millət vəkili Şamil Ayrım Dünya dini liderlərinin qlobal Bakı Sammitinin plenar iclasında deyib.
“Azərbaycanın qazandığı böyük qələbədən sonra ekoloji məsələlər həsr olunan tədbirə ev sahibliyi etməsi vacib əhəmiyyətə malikdir”, - deyən Ş.Ayrım bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə təkcə ekoloji yox, həm də mənəvi məsələdir.