Şalva Papuaşvili: COP29-un Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir

post-img

COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir. Bu, eyni zamanda, Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.

Onun sözlərinə görə, bu, eyni zamanda, Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəsinin olduğunu nümayiş etdirir.

“Mən Azərbaycana COP29-u yüksək səviyyədə və uğurla keçirməsini arzu edirəm. Bakıda olarkən müxtəlif məkanlarda bu böyük tədbirə hazırlıq işlərinin necə getdiyini gördüm. Ona görə də, əminəm ki, bu konfrans ən yüksək səviyyədə keçiriləcək və tarixə həkk olunacaq”, - deyən Ş.Papuaşvili bu işdə Azərbaycana uğurlar arzulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Siyasət