ABŞ dünyada ən çox sanksiya tətbiq edən ölkə olaraq öz məqsədlərinə çatmaq istəyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Mübariz Qurbanlı "Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda keçirilən dəyirmi masada söyləyib.
Onun sözlərinə görə, ABŞ-ın haqsız olaraq tətbiq etdiyi 907-ci düzəlişin qəbul edilməsi erməni lobbisinin təsirinin və Amerikanın geosiyasi baxışlarının nəticəsidir.