Özünü Fransanın Ermənistandakı səfiri kimi qələmə verən şəxs gülünc açıqlamalarını davam etdirir. O, tamam aidiyyətsiz bir məsələni belə öz aləmində Azərbaycana hücum etmək imkanı kimi görür, diplomat kimi deyil, daşnak, revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır. Qərbi Azərbaycan İcması bu açıqlamanınn davamında bildirib:
"Üzdəniraq səfir Ermənistanın baş nazirinin BMT Baş Assambleyasında çıxışından sonra belə açıqlamalar verməklə təkcə özünü yox, həm də son illərdə bir-bir ölkələrdən qovularaq biabır olmuş Fransanı daha da gözdən salır. Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlı durumdur.
***
Qərbi Azərbaycan İcması nının digər bəyanatında Avropa İttifaqının rəsmi nümayəndəsi Peter Stanonun Ermənistanın silahlandırılmasına və Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinə haqq qazandıran qeyri-konstruktiv açıqlaması qətiyyətlə pislənilir.
Qeyd olunub ki, sərhəd məsələlərini əhatə edən bir missiya olan EUMA-nın digər sərhəd ölkəsi ilə koordinasiya edilmədən genişləndirilməsi və mandatının uzadılması qeyri-dost addımıdır: “Buna görə də biz Aİ-dən geosiyasi ayırıcı xətləri regiona gətirməməyi, Ermənistanın militarizmini gücləndirməyə son qoymasını və əvəzində Ermənistanın təcavüzünün dağıdıcı nəticələrinin aradan qaldırılması üçün Azərbaycana yardım göstərməsini tələb edirik”.
XQ