Səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə keçirilir.
Bu fikri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Müstəqil Dövlətlər Birliyindən olan beynəlxalq müşahidəçi Məryəm Fayzullina ifadə edib.
M.Fayzullina deyib: “Məntəqədə çoxlu sayda yerli müşahidəçi də fəaliyyət göstərir, seçicilər sevinc hissi ilə səsvermədə iştirak edirlər, hətta burada növbə də yaranıb. Hazırda səsvermə prosesi normal rejimdə davam edir”.