Leonid Anfimov: Azərbaycan sülh və sabitliyin hökm sürdüyü ölkədir

post-img

Azərbaycan sülh və sabitliyin hökm sürdüyü ölkədir və bu da təbii olaraq seçki prosesinə öz təsirini göstərir.

MDB müşahidə missiyası olaraq bundan əvvəl fevralın 7-də Azərbaycanda keçirilmiş prezident seçkilərini izlədik, xalqın öz Liderinə inam və etibarını, yüksək təşkilatçılığı, xalqın həmrəyliyini müşahidə etdik. Ümid edirik ki, sentyabrın 1-nə təyin edilmiş parlament seçkiləri də bu tempdə keçəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının rəhbəri, MDB baş katibinin birinci müavini Leonid Anfimov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla avqustun 30-da görüşü zamanı səsləndirib.

Nümayəndə heyətinin rəhbəri seçkilərə hazırlıq prosesini yüksək qiymətləndirib və parlament seçkiləri ilə bağlı əlaqədar dövlət qurumlarında olduqlarını bildirib.

Siyasət