Erməni vandalizmi G20 Dinlərarası Forumunda pislənilib

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 19-22-də Braziliyada keçirilən G20 Dinlərarası Forumunda iştirak edir. 

Dövlət komitəsindən XQ-yə bildiri­lib ki, forumda çıxış edən komitə sədri Azərbaycanın dinlərarası və mədəniyyət­lərarası harmoniyaya əsaslanan multikul­turalizm modeli, eləcə də bu nümunəvi mühitin qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verərək deyib ki, əsrlər boyu Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Dini etiqad azadlığı, tolerantlıq ənənəsi Azərbaycan kimliyinin ayrılmaz elementinə, millətin plüralizmə sarsılmaz sadiqliyinin sübutuna çevrilib. 

Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin hər zaman tolerantlıq və inklüzivlik modeli olaraq qəbul edildiyini diqqətə çatdıran komitə sədri diqqətə çatdırıb ki, tarixi və dini abidələrin, müqəddəs yerlərin və ziyarət­gahların bərpası, yenidən qurulması və mühafizəsi dövlətin dinə və milli-mənəvi dəyərlərə dərin hörmətini əks etdirir.

Xalqımızın tarixin müxtəlif dövrlərin­də dini ayrı-seçkiliyin ən qəddar formala­rından əziyyət çəkdiyini diqqətə çatdıran R.Məmmədov ölkəmizin 30 il ərzində işğal altında saxlanılmış ərazilərindəki 67 məsciddən 65-nin məhv edildiyini bildi­rib. 

XQ

Siyasət