(əvvəli https://xalqqazeti.az/az/siyaset/189954-ermeni-milletciliyinin-temel-prinsipleri)
7. “Erməni ariliyi” və “alman yeni nizam”ı
Ari (Aryan) irq Hind-Avropa dillərinin Hindistandan Qərbi Avropaya qədər olan bölgədə yaşayan xalqların çoxunu ortaq bir irqə mənsub olduğunu qəbul edən anlayışdır. Ari irq nəzəriyyəsinə görə, avropalı olan bu qövm əvvəlcə Hindistanı zəbt etmiş və Hindistandakı arilik sistemi və yerli din istila nəticəsində ortaya çıxmışdır. Ancaq 2009-cu ildə Harvard kimi ABŞ-nin qabaqcıl universitetləri tərəfindən həyata keçirilən ortaq genetik araşdırma nəticəsində bu ictimai qruplar arasında çox böyük genetik fərqlər aşkar edilib.
Ari irq nəzəriyyəsi siyasi olaraq ilk dəfə Hindistanın Böyük Britaniya tərəfindən işğalı əsnasında dəstəklənmişdir. İngilislər işğala haqq qazandırmaq üçün Hindistanın onsuz da qədimdən avropalı bir qövm olan arilər tərəfindən zəbti istiqamətindəki iddiaları qəbul edirdilər. Siyasi mənada aryosofi Almaniyada Adolf Hitler dövründə zirvəyə çatmış, daha sonra nasist Almaniyasının rəsmi dövlət ideologiyasına çevrilmişdir. Bu ideologiya bir çox irqçi qruplar tərəfindən hələ də dəstəklənməkdədir. Onların sırasında Ermənistan və onun dünyanın müxtəlif ölkələrinə səpələnmiş diasporu da var.
İrqçilik doktrinası insanın daşıdığı qanın milli-etnik şəxsiyyətini təyin etdiyini irəli sürür. İstənilən erməni belə hesab edir ki, onun qanı başqasının qanından fərqlidir. Bir çox erməni elm adamları da daxil olmaqla, erməni toplumu içərisində Artsruninin, Garegin Njdenin, Andranikin ortaya atdıqları “erməni ari irqi”, “erməni ariliyi” ideyası tənqid olunmaq, onun sərsəmləmə olduğunu söyləmək əvəzinə, dəstəklənməsi, əslində, ideyasızlıqdan irəli gələn düşüncədir. Elmi dayaqları olmayan bütün fikirlərin ortaya atılması eyni səbəbdən baş verib. Hitler və digər nasist liderləri yəhudiləri dini bir qrup olaraq deyil, digər irqlər “üzərindən dolanan” və onları zəiflədən zəhərli bir “virus” olaraq görürdülər. Hitler hakimiyyətə gəldikdən sonra nasist müəllimlər məktəblərdə arilik elminin “qanunlarını” tətbiq etməyə başladılar. Şagirdlərin gerçək “ari irq”dən olub-olmadıqlarını müəyyən etmək üçün onların kəllə və burun uzunluğunu ölçməyə, saç və göz rənglərini qeydə almağa başladılar. Bu “əməliyyatlar” zamanı yəhudi və qaraçı şagirdlər tez-tez aşağılanır, bununla həm də gələcəkdə onların soyqırımı üçün zəmin hazırlanırdı.
İrqçi antisemitizmə, gerçək xarici bioloji nəzəriyyələrə əsaslanan, hər hansı topluma qarşı ibtidai ittiham irəli sürmək, ya da içində nifrəti ehtiva etmək, yəni irqçilik etmək – erməni millətçiliyinin hər zaman ayrılmaz bir parçası olmuşdur. Alman nasistləri kimi ermənilər də bütün bəşər tarixini fərqli irqlərdən gələn insanlar arasında bioloji baxımdan təyin olunan mübarizənin tarixi kimi qiymətləndirmişlər. Nasistlər özlərinin marksizm, kommunizm, pasifizm və internasionalizmin siyasi meyllərinin milliyyətçiliyə zidd olduğunu və təhlükəli yəhudi irqinə aid intellektualizmi əks etdirən fərziyyədən yola çıxmışlar. Onlar iqtidara gəlmələrinin ardından, 1935-ci ildə yəhudiliyin sözdə bioloji tərifini verən Nürnberq qanunlarını qəbul etmişlər.
İrqçi nasistlər xəstələri genetik baxımdan üstün irqlərindən ortaya çıxan ləkələr olaraq görür və bu kəslərin çoxalmasının öz “ari irqlərinə” qarşı bioloji təhdid meydana gətirdiyinə inanırdılar. Həm də bundan çox qorxurdular. 1939-cu ilin ikinci yarısı ərzində diqqətli bir planlaşdırma və məlumat toplama müddətindən sonra alman həkimlər ölkənin hər yerində xəstəxanalarda qalan ruhi xəstələri öldürməyə başladılar. Onların irqlə əlaqədar nəzəriyyələrinə görə, almanlar, eləcə də şimali avropalılar daha üstün bir irqdən gəlirdi. Bunlar “Aryan-ari” irqin daşıyıcılarıdırlar.
Erməni “ariliyinin” əsas internet saytlarından olan “hayary.org”da erməni ariləri icmasının lideri Armen Avetisyanın qələmə aldığı “Türkiyə və Azərbaycan məhv edilməlidir” sərlövhəli yazısının qısa məzmununa diqqət yetirin: “24 aprel –“erməni soyqırımı” qurbanlarının anım günü və ədalətli qisas günüdür. Bizim üçün türklər türk olaraq qalırlar (azərbaycanlı və türkiyəliliyindən asılı olmayaraq) – istəyimiz eynidir: Türkün qurd geni tamamilə məhv edilməlidir Yaxşı türklər yaxşı tabutda, pis türklər isə pis tabutda olmalıdır. Türkiyə və Azərbaycan məhv edilməlidir! Dünyanın istənilən ölkəsində yaşayan hər bir erməninin ilk işi bu olmalıdır”.
Məlumdur ki, Adolf Hitler vaxtilə erməniləri yəhudi xalqından biri kimi təsnif etmişdi və buna görə də ermənilərin də yəhudilər kimi məhv edilməli olduğunu söyləmişdi. Ancaq bir qrup erməni və xarici elm adamının fəaliyyəti sayəsində, bu, baş vermədi. Tarixçi alim, “soyqırımı üzrə uzmanı” Aşot Hayruniyə görə, faşist Almaniyası tərəfindən ermənilərin məhv edilməsi üçün 1932-ci ildən sonra ermənilərin də yəhudi olması barədə təbliğat aparılırdı. Bu anti-erməni təbliğatının müəllifləri əsasən türklər və onların tərəfdarları idi. Lakin insanlar bundan xəbərsiz idilər. Məsələn, o dövrdə Almaniyada və digər ölkələrdə erməni xalqının dostu sayılan Yohannes Lepsius ermənilərin nəinki yəhudi olmadığı, Aryan irqinə mənsub olduqlarını, almanların ermənilərə xüsusi diqqət yetirmələri gərəkliyini iddia edərək bu baxışlara qarşı çıxdı.
Aşot Hayruni öz məqaləsində yalnız bundan sonra Almaniyanın daxili işlər nazirinin xüsusi sərəncamı ilə anti-erməni təbliğatının dayandırıldığını, ermənilərin Aryan xalqları olaraq təsnif edildiyini və bu münasibətin İkinci dünya müharibəsinin sonuna qədər qüvvədə qaldığını yazır.
1934-cü ildə yuxarıda göstərilən fərmana əsasən, erməni və arilikdən bəhs edən 10 məqalə çap edildi. Tarixi, etnik, mədəni, elmi və digər baxımdan yazılan bu məqalələrin hər birində ermənilərin “ari irq” mənşəli olduğu bildirilirdi.
Tarixçi Eduard Zöhrabyanın dediyi də maraqlıdır: “Bəli, bu, bizim üçün Böyük Vətən müharibəsi idi. Çünki problemimiz var idi və 1915-ci ildə ermənilərin xatirələri yaddaşımızda hələ təzə idi. Onun müəllifi Türkiyə idi və bu döyüşdə Türkiyə Almaniyanın ortağı idi”.
Eduard Zöhrabyan Qafqaz xalqlarının bu müharibədə iştirakı ilə bağlı daha vacib bir məqamı vurğulayır. Müharibə zamanı milli legionların meydana gəlməsi haqqında 1942-ci ilin dekabrında Adolf Hitler çıxışında demişdi: “...Rozenberqin və ordunun bütün vədlərinə baxmayaraq, ermənilərə etibar etmirəm”. Ermənilərin Hitleri rəğbət bəsləməsinə baxmayaraq, Hitler kimi faşist belə onları sevmirdi...
(ardı var)
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri